Vətənim Media xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi “Bank of America”nı çirkli pulların yuyulmasına qarşı tələbləri və sanksiya rejimini pozmaqda ittiham edərək cərimələyib. Nazirliyin oktyabrın 13-də yaydığı bəyanata əsasən, milli təhlükəsizlik təhdidlərinin qarşısını almaq üçün lazımi tədbirlər görülmədiyinə görə banka təxminən 1,2 milyard dollar cərimə kəsilib. İttihamlar Çinlə əlaqəli olduğu bildirilən maliyyə şəbəkələrinin qanunsuz əməliyyatları ilə əlaqələndirilir.
Bundan başqa, çirkli pulların yuyulmasına qarşı qanunvericiliyin tələblərinə əməl edilməməsinə görə banka 750 milyon dollar cərimə tətbiq olunub. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, bank təxminən 5 milyard dollarlıq şübhəli əməliyyatların qarşısını almayıb və bu barədə hakimiyyət orqanlarına məlumat verməyib. Sanksiyaların icrasına nəzarət edən OFAC isə azı 475 pozuntu ilə bağlı iddiaların həlli üçün bankla 11,6 milyon dollarlıq razılaşma əldə edib. Pozuntuların texniki və ya insan səhvlərindən qaynaqlandığı bildirilib.
Əsas mənbə: APA
