“Şimal axını” partlayışları ilə bağlı Almaniyada ilk məhkəmə başlayır

Şrift
“Şimal axını” partlayışları ilə bağlı Almaniyada ilk məhkəmə başlayır

Vətənim Media xəbər verir ki, 2022-ci ildə “Şimal axını” və “Şimal axını-2” qaz kəmərlərinin partladılması ilə bağlı ilk məhkəmə prosesi Almaniyanın Hamburq şəhərində keçiriləcək. Ukrayna vətəndaşı Sergey K. Hamburq Ali Torpaq Məhkəməsində mühakimə olunacaq. Məhkəmə yanvarın sonunadək 24 iclas keçirməyi, fevralda isə əlavə dinləmələr təşkil etməyi planlaşdırır. Hakimlər ittihamları araşdırmaq üçün kifayət qədər sübutun olduğunu bildiriblər.

Sergey K. müharibə cinayəti, mülki obyektlərə hücum, partlayış törətmək, tikililəri dağıtmaq və ictimai infrastrukturun fəaliyyətinə mane olmaqda şübhəli bilinir. Almaniya Baş Prokurorluğunun versiyasına əsasən, o və digər şəxslər Ukrayna dövlət strukturlarının tapşırığı ilə plan hazırlayıb, saxta sənədlərlə Almaniya şirkətindən yelkənli yaxta icarəyə götürərək partlayıcıları kəmərlərin yerləşdiyi əraziyə aparıblar. Sergey K. 2025-ci ilin avqustunda İtaliyada saxlanılıb və Almaniyaya ekstradisiya edilib; başqa bir Ukrayna vətəndaşının isə Xorvatiyada tutulduğu bildirilir. 2022-ci il sentyabrın 26-da Baltik dənizindəki qaz kəmərlərinin üç xəttində partlayış baş vermişdi.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗