Vətənim Media xəbər verir ki, 71 yaşlı Roma Papası XIV Leoda ağciyər adenokarsinoması aşkarlanıb. Vatikanın bildirdiyinə görə, xəstəlikdən əməliyyatdan əvvəlki müayinələr zamanı şübhələnilib, diaqnoz isə cərrahi müdaxilə zamanı təsdiqlənib.
Pontifikin sağ ağciyərinin aşağı payı əməliyyatla çıxarılıb. O, təxminən üç saat əməliyyat otağında qalıb, müdaxilənin özü 90 dəqiqə davam edib. Vatikan əməliyyatın uğurla başa çatdığını və XIV Leonun palataya köçürüldüyünü açıqlayıb.
Bərpa müddətində Papanın oktyabrın 20-dək planlaşdırılan ictimai görüşləri ləğv edilib. XIV Leo oktyabrın 11-də ağciyərində erkən mərhələdə aşkarlanmış törəmə ilə bağlı əməliyyat olunacağını bildirmişdi.
Əsas mənbə: APA
