Dövlət infrastrukturuna kiberhücumda 100-dən çox domen hədəfə alınıb

Şrift
Dövlət infrastrukturuna kiberhücumda 100-dən çox domen hədəfə alınıb

Vətənim Media xəbər verir ki, oktyabrın 13-də saat 22:00 radələrindən başlayaraq Azərbaycanın dövlət informasiya infrastrukturuna qarşı kiberhücum qeydə alınıb. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin bildirdiyinə görə, xarici haker qrupu dövlət infrastrukturuna aid 100-dən artıq domeni hədəf seçib.

Hücum nəticəsində bəzi dövlət qurumlarının internet resurslarının işində fasilələr yaranıb. Xidmətin həyata keçirdiyi texniki tədbirlərlə hücumun təsiri məhdudlaşdırılıb və saytların fəaliyyətinin davamlılığı təmin edilib. Kibertəhlükəsizliyin qorunması istiqamətində tədbirlər davam etdirilir.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗