Vətənim Media xəbər verir ki, noyabrın 6-da paytaxtda keçirilən yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatında 4×100 metrlik yanğın estafeti yarışları başa çatıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, kişilərdə Belarus komandası birinci, Çin ikinci, Rusiya üçüncü yeri tutub. Qadınlarda isə Rusiya qalib gəlib, Özbəkistan ikinci, Belarus üçüncü olub. Medalları Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının baş katibi Andrey Kulik təqdim edib.
Əsas mənbə: APA
