Prezident: Məcburi köçkünlərin doğma torpaqlara qayıtması böyük arzu idi

Şrift
Prezident: Məcburi köçkünlərin doğma torpaqlara qayıtması böyük arzu idi

Vətənim Media xəbər verir ki, Prezident İlham Əliyev Zəngilanın Cahangirbəyli və Cəbrayılın Soltanlı kəndlərinə köçən sakinlərlə görüşdə köçkünlərin doğma torpaqlara qayıtmasının bütün Azərbaycan xalqının arzusu olduğunu bildirib.

Dövlət başçısı deyib ki, uzun illər ağır şəraitdə yaşayan köçkünlərin doğma torpaqlara qayıtması, ilk növbədə, köçkün həyatı yaşayan insanlar üçün böyük arzu olub. O, yeni kənd və şəhərlərin salınması, sakinlərin doğma torpaqlarına qayıtması istiqamətində işlərin davam etdiyini qeyd edib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗