Vətənim Media xəbər verir ki, Sabunçu Rayon Məhkəməsi “Səda” TV-nin rəhbəri Elnur Şükürov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. APA-nın məlumatına görə, ona Cinayət Məcəlləsinin xuliqanlıq və torpaq sahəsini özbaşına tutma ilə bağlı maddələri üzrə ittiham irəli sürülüb.
Şükürov bir neçə il əvvəl rüşvət alma və dələduzluq ittihamları ilə 3 il müddətinə azadlıqdan məhrum edilmiş, ötən il azadlığa çıxmışdı.
Əsas mənbə: APA
