Vətənim Media xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin İzmir şəhərində fabrikdə baş verən partlayış nəticəsində insanların həlak olması və xəsarət alması ilə bağlı Türkiyəyə başsağlığı verib. Nazirliyin paylaşımını APA yayıb.
XİN həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralananlara şəfa diləyib. Nazirlik qardaş Türkiyə dövlətinə və xalqına dərin hüznünü ifadə edib.
Əsas mənbə: APA
