Vətənim Media xəbər verir ki, “Barselona” və İspaniya millisinin müdafiəçisi Pau Kubarsi Avropanın ən yaxşı gənc futbolçusuna verilən “Golden Boy” mükafatına layiq görülüb. Mükafatın təsisçisi “Tuttosport” nəşrinin məlumatına görə, Kubarsi ötən mövsüm “Barselona” ilə İspaniya çempionu olub, həmçinin ölkə kubokunu qazanıb.
“Golden Boy” 2003-cü ildən etibarən Avropa ölkələrinin yüksək liqalarında çıxış edən 21 yaşadək ən yaxşı futbolçuya verilir. 2024-cü ildə mükafatı “Barselona”nın hücumçusu Lamin Yamal qazanıb.
Əsas mənbə: APA
