Vətənim Media xəbər verir ki, noyabrın 9-da ABŞ-ın “Dow Jones” indeksi 2,15 faiz artaraq 52 389,75 bəndə çatıb. “S&P 500” 2,35 faiz, “Nasdaq Composite” isə 2,74 faiz yüksəlib. “NYSE Composite” 2,18 faiz, Kanadanın “S&P/TSX Composite” indeksi 1,84 faiz bahalaşıb.
Avropanın əsas indeksləri də artım göstərib. “Euro Stoxx 50” 1,94 faiz, Britaniyanın “FTSE 100” indeksi 1,02 faiz yüksəlib. Almaniyanın “DAX” indeksi 1,73 faiz, Fransanın “CAC 40” indeksi 1,16 faiz, İspaniyanın “IBEX 35” indeksi isə 1,93 faiz artıb.
Asiya-Sakit okean bazarlarında Yaponiyanın “Nikkei 225” indeksi 2,41 faiz, “TOPIX” 1,84 faiz yüksəlib. APA-nın məlumatına görə, analitiklər dünya bazarlarındakı artımı neftin kəskin ucuzlaşması və ötən həftəki satışlardan sonra texnologiya səhmlərinin bərpası ilə əlaqələndiriblər.
Əsas mənbə: APA
