Əsgər Məmmədoğlu (Ələsgər Məmmədoğlu kimi də tanınır) 9 fevral 1946-cı ildə Bakıda doğulub.

Şrift
Əsgər Məmmədoğlu (Ələsgər Məmmədoğlu kimi də tanınır) 9 fevral 1946-cı ildə Bakıda doğulub.

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Əsgər Məmmədoğlu (Ələsgər Məmmədoğlu kimi də tanınır) 9 fevral 1946-cı ildə Bakıda doğulub..

Əsgər Məmmədoğlu (Ələsgər Məmmədoğlu kimi də tanınır) 9 fevral 1946-cı ildə Bakıda doğulub. Atası əslən İrandan olub. O, Azərbaycanda ailə həyatı qurduqdan sonra İrana qayıtmayıb.

Ailələrində Ələsgərdən başqa heç kim incəsənətlə məşğul olmayıb. Ailədə 4 bacı, 2 qardaş olubar.12 yaşında atasını itirən aktyorun uşaqlıq illəri "Kubinka"da keçib. Atasının ölümündən sonra ailənin bütün yükü onun çiyinlərinə düşüb.16 yaşından işləməyə başlayıb.

Alver edib, tum, dondurma satıb. Gəmidə, zavodda çilingər kimi də çalışıb. Səhnə və teatrla ilk tanışlığı 15 yaşında olub.

İlk dəfə Akademik Milli Dram Teatrında Şekspirin "Qış nağılı"na, Cəfər Cabbarlının "Almaz"ına baxır. Hökumə xanımın, Leyla Bədirbəylinin, Möhsün Sənaninin sənətkarlığına vurulur. Elə o vaxtdan aktyor olacağına qərar verir.

Anası onun aktyor olmasına razı olmasa da, Ələsgər fikrindən dönmür. Bir müddət Lütfi Məmmədbəyovun Xalq Teatrına getməyə başlayır. Sonra sənədlərini İncəsənət İnstitutuna verir, gündüz Musiqili Komediya Teatrında fəhlə, gecə isə Tədris Teatrında mühafizəçi kimi işləyir.

Kütləvi səhnələrə çəkilir.1975-ci ildə İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirir. 1976-cı ildə Ələsgər bacısının həyat yoldaşının qohumlarından birinin Nazilə adlı qızına vurulur. Ailələrin razılığı ailə həyatı qururlar.

Onların bir oğlu, bir qızı dünyaya gəlir. Əsgər Məmmədoğlu "Qərib cinlər diyarında", “Yol əhvalatı”, Alma almaya bənzər” filmlərində, "Evləri köndələn yar", "Qatarda", "Yaşıl eynəkli adam" tamaşalarında yaddaqalan rollar ifa edib. 1980-ci ildə Ələsgər Məmmədoğlu Alen Delonun da çəkildiyi SSRİ, Fransa və İsveçrə istehsalı olan “Tehran-43” filminə çəkilir.

Amma onun çəkildiyi səhnələrin bir çoxu filmdən çıxarılır. “Bu film olduğu kimi yayımlansaydı, mən bütün ittifaqda məşhur idim” sözlərini deyir. Görkəminə görə onu məşhur aktyor Adriano Çelentanoya bənzədir, "Azərbaycanın Çelentanosu" deyə də çağırırdılar.

Ancaq onu tamaşaçılara ən çox sevdirən “Bəyin oğurlanması” filmindəki Ələsgər obrazı olub. Adı Əsgər olsa da, bu filmdən sonra onu Ələsgər deyə çağırıblar. Getdikcə öz adı unudulub, o da özünə elə Ələsgər adını götürüb.

Aktyorun filmdə dediyi “nə var e, Ələsgər, Ələsgər” sözləri uzun müddət tamaşaçıların ən sevimli replikalarından birinə çevrilib. Hətta bir çox adam avtomobillərində onun səsi yazılmış siqnallardan istifadə ediblər. Bir dəfə bir cavan oğlan ona deyib ki, sizin səsinizlə siqnal yığıdırmaq üçün 300 manat xərcləmişəm.

Aktyor isə zarafatla cavab verib ki, elə o pulun yarısını mənə verərdin, maşının qabağında özüm oturub qışqırardım. Bir vaxtlar aktyor haqqında qəzetlərin birində xoşagəlməz xəbər yayılır. Aktyorun imkansızlıq ucbatından qapılar döydüyü iddia edilir.

Lakin, aktyor müsahibələrinin birində bu haqda deyir: “Qəzetdə bu mövzu hallandı. Jurnalistlə görüşdüm, o qəzet oxunmaq xatirinə yazmışdı. Əvvələr 4 nəfər gedib məktəblərdə tamaşa oynayardıq, qazanardıq, indi bir rayona getmək üçün 50 manat yolpulu lazımdır.

Daha o imkan da kəsilib”. Qəribədir ki, aktyora çox tanınmasının səbəbi barədə sual verəndə o, səbəb kimi dişlərini deyib. Ömrünün son illərində rolsuzluqdan şikayət edən Ələsgər Məmmədoğlunun ən çox göründiyi yer şəhər çayxanalarından biri olub.

Hətta ondan zarafatla çayxanada işlədiyini soruşurmuşlar. Aktyoru ən çox əsəbləşdirən sual isə “niyə maşının yoxdur?”-olub.2002-ci ildə Əməkdar artist adını alıb. Televiziya verlişlərinin birində qonaq olarkən qəfildən halı pisləşir, ağzından qan gəldiyi üçün çəkilişi saxlayırlar.

Aktyoru evə gətirəndə hər kəs elə bilir ki, o, insult keçirib. Ertəsi gün müayinə olunanda isə məlum olur ki, onun qara ciyərində şiş var. Xəstəliyi cəmi 40 gün çəkir.

Ailəsi onu İrana aparır. Həkimlər deyir ki, sağ qalma ehtimalı sıfıra bərabərdir, aparın evə. Ölümündən əvvəl kitab oxumaq istədiyini deyir.

Bir dəqiqədən sonra elə əlində kitab 2015-ci il dekabrın 21-də dünyasını dəyişir.(mənbə:kulis az) "Qurd qapısı" qəbristanlığında dəfn olunub… ALLAH RƏHMƏT ELƏSİN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim.Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗