Vətənim Media xəbər verir ki, noyabrın 11-də Türkiyənin Antalya şəhərində COP31 Liderlər Sammiti keçirilib. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva iştirak ediblər.
Sammitdə BMT-nin Baş katibi Antonio Quterreş, Avstraliyanın Baş naziri Entoni Albaniz, Efiopiyanın Baş naziri Abiy Əhməd Əli, Braziliya Prezidenti Luiz İnasio Lula da Silva və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış ediblər. İştirakçılar birgə foto çəkdiriblər.
Əsas mənbə: APA
