Vətənim Media xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Türkiyənin Antalya şəhərində keçirilən beynəlxalq seçki forumunda çıxış edib. MSK Katibliyinin Media və kommunikasiya şöbəsinin APA-ya verdiyi məlumata görə, Pənahov Azərbaycanın seçki təcrübəsi, seçki prosesində şəffaflığın təmin olunması və media ilə ictimaiyyətin məlumatlandırılması barədə danışıb.
Noyabrın 24-25-də Türkiyə Yüksək Seçim Kurulunun təşkil etdiyi forumda 23 ölkə və beynəlxalq qurumdan 75 nümayəndə iştirak edib. Pənahov rəqəmsal mühitdə dezinformasiyaya qarşı mübarizənin və beynəlxalq təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. Səfər çərçivəsində o, Türkiyəli həmkarı və digər iştirakçılarla seçki sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.
Əsas mənbə: APA
