Vətənim Media xəbər verir ki, noyabrın 12-də Antalyada keçirilən COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub. Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva, konfrans iştirakçılarının xanımları, beynəlxalq təşkilatların nümayəndələri və BMT-nin Sıfır Tullantı üzrə Yüksək Səviyyəli Şəxslər Məsləhət Şurasının üzvləri iştirak ediblər.
Türkiyənin Sıfır Tullantı Fondu tərəfindən yaradılan muzey 2017-ci ildə əsası qoyulmuş Sıfır Tullantı Layihəsinin inkişaf yolunu təqdim edir. Muzey gündəlik əşyaların istifadə müddətinin uzadılması, təbii ehtiyatların qorunması və tullantıların azaldılması barədə maarifləndirməyə xidmət edir. Təcrübənin beynəlxalq səviyyədə tanıdılması və müxtəlif ölkələrdə sıfır tullantı yanaşmasının təşviqi nəzərdə tutulur.
Əsas mənbə: APA
