Vətənim Media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri noyabrın 11-də başa çatıb.
Antalya Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, Türkiyə Böyük Millət Məclisinin üzvü Kürşad Zorlu, Antalya valisi Hulusi Şahin və digər rəsmi şəxslər yola salıblar. Dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Əsas mənbə: APA
