Vətənim Media xəbər verir ki, Daşkənd İqtisadiyyat və Pedaqoji Universitetində professor Mahirə Hüseynovanın “G‘arbiy Ozarbayjon: xotiramizda yashayotgan yurt yerlari” kitabının özbək dilində nəşri təqdim edilib. APA-nın məlumatına görə, nəşr Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında hazırlanıb.
Təqdimatda Azərbaycan və Özbəkistanın elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığından, kitabın tarixi yaddaş və mədəni irsin özbək oxucularına çatdırılmasındakı rolundan danışılıb. Kitabın müəllifi Mahirə Hüseynova əsərin hazırlanması, Qərbi Azərbaycanla bağlı araşdırmaları və tarixi yaddaşın qorunmasının vacibliyi barədə çıxış edib.
Əsas mənbə: APA
