Vətənim Media xəbər verir ki, Moskvadakı Kremldə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının iclası başlayıb.
İclasdan əvvəl Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan prezidentləri birgə foto çəkdiriblər. KTMT-yə sədrlik edən Rusiya Prezidenti Vladimir Putin müzakirə ediləcək məsələləri açıqlayıb. Daha sonra çıxış üçün təşkilatın baş katibi Talatbel Masadıkova söz verilib.
KTMT üzvü Ermənistan iclasda iştirak etmir. Baş nazir Nikol Paşinyan Türkiyənin Antalya şəhərində keçirilən COP-31 sammitinə qatılıb.
Əsas mənbə: APA
