Vətənim Media xəbər verir ki, Ermənistan mediasının məlumatına görə, Baş nazir Nikol Paşinyan ölkənin yeni Konstitusiya layihəsinin xüsusi internet saytında dərc edildiyini bildirib. Sayt vətəndaşların layihə ilə tanış olması və təkliflərini təqdim etməsi üçün yaradılıb.
Layihənin preambulasında Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad yer almayıb. Bəyannamədə keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyinə dair müddəa var. Azərbaycan bu müddəaya etiraz edir və sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasına dəyişiklik edilməsini şərt kimi irəli sürür.
Paşinyan daha əvvəl müxalifətə yeni Konstitusiya ilə bağlı referendum keçirməyi təklif edib. O, referendumda layihə rədd olunarsa istefa verəcəyini, qəbul edilərsə növbəti seçkilərdə baş nazirliyə namizəd olmayacağını bildirib.
Əsas mənbə: APA
