Viktor Orbanın qardaşı bir aylıq həbs edilib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Viktor Orbanın qardaşı bir aylıq həbs edilib

Vətənim Media xəbər verir ki, Macarıstan məhkəməsi sabiq Baş nazir Viktor Orbanın qardaşı, iş adamı Aron Orban barəsində bir aylıq həbs qətimkan tədbiri seçib. APA-nın məlumatına görə, Budapeşt Şəhər Məhkəməsinin nümayəndəsi Gergö Bozo onun nüfuz alverində və qanunsuz miqrasiyaya yardım etməkdə şübhəli bilindiyini bildirib.

İstintaqın versiyasına görə, Aron Orban və tərəfdaşları əlaqələrindən istifadə edərək Vyetnam vətəndaşlarına pul müqabilində Avropaya köçməyə, o cümlədən Macarıstanın xaricdəki səfirlikləri vasitəsilə Şengen vizası almağa kömək ediblər. Məlumata görə, 2024-cü ildə bu yolla 100-dən çox şəxsə xidmət göstərilib.

İş üzrə tərəfdaşlardan biri də həbs edilib, daha bir nəfər ev dustaqlığına göndərilib, dördüncü şübhəli isə sərbəst buraxılıb. Aron Orban və daha üç nəfər noyabrın 9-da saxlanılmışdı.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗