Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb

Vətənim Media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Moldova Prezidenti Maya Sandu ilə görüşüb. Görüş “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilib.

APA-nın məlumatına görə, tərəflər əvvəlki görüşlərini və yüksəksəviyyəli qarşılıqlı səfərləri məmnunluqla xatırlayıblar. Maya Sandu Azərbaycanla enerji əməkdaşlığını inkişaf etdirməkdə maraqlı olduqlarını deyib və ölkəsinin enerji təhlükəsizliyinə göstərilən dəstəyə görə təşəkkür edib.

Prezidentlər iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, kənd təsərrüfatı sahəsində əməkdaşlıq və ikitərəfli münasibətlərin perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗