Vətənim Media xəbər verir ki, “Azərbaycan Hava Yolları”nın (AZAL) təcrübəçi pilotu Rüfət Cumallı Qəbələdəki Uçuş Heyətinin Hazırlığı Mərkəzində təlim uçuşlarını başa vurub.
APA-nın məlumatına görə, Milli Aviasiya Akademiyasını 2021-ci ildə bitirən Cumallı 2024-cü ilin dekabrından hazırlıq keçib. O, əvvəl “Cessna 172”, daha sonra isə iki mühərrikli “Diamond 42” təyyarəsində uçub. Pilot son imtahan uçuşunu da uğurla tamamladığını bildirib.
Əsas mənbə: APA
