Vətənim Media xəbər verir ki, “Meydan” TV işi üzrə həbsdə olan jurnalist Aynur Elgünəş cərrahiyyə əməliyyatı keçirib. Vəkil Elçin Sadıqov APA-ya bildirib ki, əməliyyat dünən Mərkəzi Gömrük Hospitalında aparılıb.
Elgünəş böyrəyində yaranan ciddi problemlərə görə daha əvvəl Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə yerləşdirilmişdi. “Meydan” TV ilə bağlı cinayət işi üzrə məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir.
Əsas mənbə: APA
