İlham Əliyevlə Nikuşor Dan Dublində strateji tərəfdaşlığı müzakirə edib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
İlham Əliyevlə Nikuşor Dan Dublində strateji tərəfdaşlığı müzakirə edib

Vətənim Media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb. APA-nın Dublinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Nikuşor Dan Azərbaycan Prezidentini Rumıniyada səfərdə görməkdən məmnun olacağını deyib.

Prezidentlər strateji tərəfdaşlığın dərinləşdirilməsi, enerji və bağlantı layihələri, eləcə də ortaq siyasi və iqtisadi gündəlik barədə fikir mübadiləsi aparıblar. Azərbaycanın Rumıniya və Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyətli tərəfdaş olduğu, Xəzər və Qara dənizi birləşdirən əməkdaşlığın inkişafı üçün potensialın mövcudluğu vurğulanıb.

Görüşdə şəhərlərarası, elm-təhsil və müdafiə sənayesi sahələrində əməkdaşlıq da müzakirə olunub. Nikuşor Dan Buxarestdəki Heydər Əliyev parkında təmir işlərinin uğurla aparıldığını bildirib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗