Nərə kürüsünə və siqaretə minimum gömrük rüsumları müəyyənləşdirilir

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Nərə kürüsünə və siqaretə minimum gömrük rüsumları müəyyənləşdirilir

Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, Nazirlər Kabinetinin qərarına edilən dəyişikliklə bir sıra məhsulların idxal gömrük rüsumları yenilənib.

2030-cu ilin sonunadək nərə balığının kürüsünə 15 faiz rüsum tətbiq olunacaq, lakin hər kiloqram üçün məbləğ 200 ABŞ dollarından az olmayacaq. Siqar, siqaret və siqarillalar üçün rüsum 15 faiz, hər 1000 ədədə görə isə ən azı 3 ABŞ dolları müəyyən edilib. PVC ilə hopdurulmuş və ya üzlənmiş tekstil parçalarına 15 faiz rüsum tətbiq olunacaq.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗