Şahtaxtı gömrük postunda yük maşınından 29,5 kiloqram metamfetamin çıxıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Şahtaxtı gömrük postunda yük maşınından 29,5 kiloqram metamfetamin çıxıb

Vətənim Media xəbər verir ki, Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları İran İslam Respublikasından Azərbaycan üzərindən Almaniyaya aparılan yükdə 29 kiloqram 485,111 qram metamfetamin aşkarlayıblar. Yük maşını “Şahtaxtı” gömrük postunda yoxlanılıb.

Gömrük orqanlarının APA-ya verdiyi məlumata görə, nəqliyyat vasitəsində meyvə şirəsi və enerji içkisi daşınırmış. Rentgen yoxlamasında şübhəli təsvirlər görünəndən sonra kinoloji xidmət itinin iştirakı ilə aparılan yoxlamada 11 qutudakı 84 şəffaf plastik butulkada qırmızı rəngli, kəskin iyli maye tapılıb. Ekspertiza maddənin xüsusilə külli miqdarda metamfetamin olduğunu müəyyən edib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗