ATU yataqxanasında 17 yaşlı tələbənin ölümü qeydə alınıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
ATU yataqxanasında 17 yaşlı tələbənin ölümü qeydə alınıb

Vətənim Media xəbər verir ki, noyabrın 14-də saat 15:00 radələrində Bakıdakı Azərbaycan Tibb Universitetinin yataqxanasından təcili tibbi yardım çağırılıb. TƏBİB-in APA-ya verdiyi məlumata görə, briqada bir qadının həkiməqədər ölüm faktını qeydə alıb.

APA-nın məlumatına görə, ölən şəxs universitetin Müalicə-profilaktika fakültəsinin birinci kursunda oxuyan 17 yaşlı tələbə Elvira Eyyubovadır. İlkin məlumata əsasən, o, yataqxananın hamam otağında buxardan boğulub. Meyiti onunla birlikdə yaşayan bacısı aşkarlayıb. Meyit müayinə üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗