QHT-lərin fəaliyyətinin dayandırılması üçün yeni hallar müəyyənləşdirilir

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
QHT-lərin fəaliyyətinin dayandırılması üçün yeni hallar müəyyənləşdirilir

Vətənim Media xəbər verir ki, qeyri-hökumət təşkilatlarının, o cümlədən xarici QHT-lərin Azərbaycandakı filial və nümayəndəliklərinin fəaliyyətinin bir ilədək dayandırılmasına əsas verən yeni hallar müəyyənləşdirilir. APA-nın məlumatına görə, bu müddəalar “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna təklif olunan dəyişiklikdə yer alıb.

Təklifə görə, sazişin müddəti bitdikdən sonra onun uzadılması üçün müraciət edilməsi, fəaliyyətin şəffaflığının təmin olunmaması, qanunvericiliklə müəyyən edilmiş maliyyə və sanksiya tədbirlərinin yerinə yetirilməməsi belə hallara aid ediləcək. Həmçinin rəhbərlərin səlahiyyət müddəti başa çatdıqdan sonra üç ay ərzində dövlət reyestrində müvafiq dəyişiklik edilməməsi də fəaliyyətin dayandırılması üçün əsas sayılacaq.

Dəyişiklik qəbul olunarsa, fəaliyyət məhkəmə qərarı ilə deyil, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bir ilədək müddətə dayandırıla biləcək.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗