Vətənim Media xəbər verir ki, “Hespress” portalının məlumatına görə, BMT-nin Qərbi Saharada Referendumun Keçirilməsi üzrə Missiyasının (MINURSO) əməkdaşlarının bölgədən çıxarılmasına başlanılıb. İlk mərhələdə beş hərbi əməkdaş Əl-Ayun şəhərindəki I Həsən Beynəlxalq Hava Limanından təyyarə ilə yola düşüb.
Əməkdaşların çıxarılmasına bazar ertəsi axşam başlanıb. Qalan heyətin yaxın günlərdə müəyyən edilmiş qrafiklə mərhələli şəkildə bölgəni tərk etməsi planlaşdırılır. BMT Təhlükəsizlik Şurası missiyanın mandatını oktyabrın sonunda uzada bilməyib.
Əsas mənbə: APA
