Vətənim Media xəbər verir ki, NASA-nın astronomik təsvirində Lynds 1251 (LDN 1251) adlı ulduzəmələgəlmə bölgəsi təqdim edilib. Ulduzlararası sıx toz buludları səbəbindən qəhvəyi görünən bu dumanlıq “Çürük balıq dumanlığı” adı ilə də tanınır.
NASA-nın izahına görə, bölgədə gənc ulduzlarla yanaşı güclü zərbə dalğaları, sürətli ulduz küləkləri və istiqamətlənmiş reaktiv axınlar da var. Təsvir uzun müddət işıq toplayaraq əldə edilən müşahidələrin rəqəmsal işlənməsi və rənglərin gücləndirilməsi ilə hazırlanıb.
Əsas mənbə: NASA

