Vətənim Media xəbər verir ki, Regional Su Meliorasiya QSC-nin açıqlamasına görə, Hacıqabulda Namiq Babayevin açıq kanalizasiya quyusuna düşərək öldüyü barədə yayılan məlumat həqiqəti əks etdirmir. Qurum bildirib ki, rayonda kanalizasiya şəbəkəsi yoxdur.
İlkin araşdırmada hadisənin məişət sularının axdığı, adətən 15–20 santimetr dərinlikdə olan kiçik su arxında baş verdiyi müəyyən edilib. QSC mərhumun səhhətində problemlər olduğunu və müvazinətini itirməsi ehtimalının nəzərdən keçirildiyini bildirib. Ölümün dəqiq səbəbi araşdırma və tibbi ekspertizanın nəticələri ilə müəyyənləşdiriləcək.
Əsas mənbə: APA
