Vətənim Media xəbər verir ki, AZCON Holding şirkətlərindən “AzInTelecom” MMC Bakıda keçirilən Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda (ICCD 2026) iştirak edib. Şirkətin APA-Economics-ə verdiyi məlumata görə, konfrans “Süni intellekt dövründə güc və təsir: dəyişən kiberməkana regional baxış” mövzusuna həsr olunub.
Panel müzakirəsində “AzInTelecom”un Kibertəhlükəsizlik departamentinin direktoru Ruslan Dadayev rəqəmsal suverenlik və böhran şəraitində dövlətlərin kibertəhlükəsizliyinin təmin edilməsindən danışıb. O, rəqəmsal infrastrukturun dayanıqlığının və kibertəhlükəsizlik sistemlərinin səmərəli idarə olunmasının əhəmiyyətini vurğulayıb. Konfransda, həmçinin süni intellektin diplomatiyaya təsiri, informasiya müharibəsi və kiberməkanda regional əməkdaşlıq müzakirə olunub.
Əsas mənbə: APA
