Vətənim Media xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici bazarlara 691,9 ton çay ixrac edib. İxracın dəyəri 6 milyon 118 min ABŞ dolları olub. Ötən ilin eyni dövrü ilə müqayisədə dəyər 12,2 faiz, həcm isə 16,1 faiz artıb.
Hesabat dövründə ölkəyə 74 milyon 637 min dollar dəyərində 12 min 611,6 ton çay gətirilib. İdxalın dəyəri 4,8 faiz, həcmi 8,8 faiz yüksəlib. Azərbaycanda yanvar-oktyabr aylarında 9 min 366,3 ton çay istehsal olunub ki, bu da illik müqayisədə 2,8 faiz azdır. Noyabrın 1-nə anbarlarda 180,5 ton hazır çay ehtiyatı olub.
Əsas mənbə: APA
