Bakıda avtomobil qadın piyadanı vuraraq öldürdü…

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb. Bakı şəhər sakini Orxan Namazov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən paytaxt sakini Sona İsmayılovanı vurub. Xəstəxanaya yerləşdirilən piyada sentyabrın 1-də orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Aydan.

Vətənim Media Shorts

YouTube-da aç ↗