Azərbaycanda küçəyə atılan körpə 3 günlük imiş – TƏFƏRRÜAT
Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
◷ 29 Noyabr 2019 · 14:40 · ◉ 1. 715 Maraq göstəricisi
· ● 0 nəfər hazırda oxuyur
Şirvanda yeni doğulmuş körpə küçəyə atılıb.
İstixeber.info hadisənin təfərrüatlarını öyrənib.
Məlumata görə, şəhərin Leytenant İbrahimov küçəsi 18-də binada yaşayan sakinlər blokda yeni doğulmuş körpə aşkarlayıblar. Sonra hadisə barədə polisə məlumat verilib.
Hadisə yerinə gələn polis əməkdaşları körpəni Şirvan Şəhər Mərkəzi Xəstəxanasının doğum şöbəsinə təhvil veriblər. Onun 2-3 günlük qız uşağı olduğu müəyyənləşib. Körpənin vəziyyəti stabildir.
Hazırda Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları körpənin kim tərəfindən atıldğını müəyyənləşdirmək üçün zəruri tədbirlər görür./unikal