Tokioda koronavirusa yoluxma rekordu yeniləndi

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Tokio şəhərində ötən 24 saat ərzində koronavirusa 3 865 yoluxma halı qeydə alınıb ki, bu da növbəti rekord deməkdir.

Bu barədə şəhər rəhbərliyinin açıqladığı statistik hesabatda bildirilir.

Qeyd edək ki, hazırda Yay Olimpiya Oyunlarının keçirildiyi paytaxtda gündəlik yoluxma rekordu üç gündür yenilənir. Belə ki, dünən Tokioda 3 177 nəfər, srağagün isə 2 848 nəfər yoluxub.

Vətənim Media Shorts

YouTube-da aç ↗