Əsəd ABŞ təyyarəsini vurdu

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Suriyada vəziyyət getdikcə pisləşir.

Suriya ordusunu Der ez-Zor bölgəsində yerləşən hərbi bazanın ABŞ tərəfindən bombalanmasından sonra əks həmlə Dəməşq rejimindən gəlib.

Məlumata görə, bu səhər eyni bölgədə Suriya ordusu ABŞ-a aid bir pilotsuz təyyarəni vurub.

AMN xəbər agentliyi isə “ərəb dünyasına yaxın” bir mənbəyə istinad edərək Suriya ordusunun 137-ci topçu briqadasına bağlı 17-ci tank birliyi tərəfindən atəş açılan pilotsuz təyyarənin Suriyanın hava məkanını tərk etdiyini qeyd edib.

Suriya müxalifətində bir səlahiyyətli isə ölkədəki atəşkəs rejiminin müvəffəqiyyətsizliyə uğradığını və başa çatdığını söyləyib.

 

Vətənim Media Shorts

YouTube-da aç ↗