Sərnişinlərin nəzərinə: Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi – Siyahı  

Şrift
🔊 Xəbəri dinlə — Babək
Sərnişinlərin nəzərinə: Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi – Siyahı  

Koroğlu parkı ətrafında aparılan təmir işləri ilə əlaqədar 5 avtobus xəttinin hərəkət sxemində dəyişiklik edilib.Oxu24.com  xəbər verir ki, təmir işləri ilə əlaqədar 3, 17, 20, 33 və 88 nömrəli avtobus marşrutlarının hərəkət istiqaməti müvəqqəti olaraq dəyişdirilib.Belə ki, qeyd olunan marşrutlar Ənvər Qasımzadə küçəsindən sola dönərək Mirəli Qaşqay küçəsi ilə hərəkət edir, daha sonra əvvəlki hərəkət sxemləri üzrə fəaliyyətlərini davam etdirirlər.Bundan başqa, 20 nömrəli avtobus marşrutu üzrə Səməd Cəfərov küçəsində, Fatimeyi-Zəhra məscidinin qarşısında yol təmiri işləri aparılır.Bu səbəbdən 20 nömrəli xətt üzrə avtobuslar Surxay Nəcəfov küçəsi ilə hərəkət edirlər.

Mənbə: oxu24.com

Əsas mənbə: oxu24.com

Vətənim Media Shorts

YouTube-da aç ↗