Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək 

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 22 sentyabrda Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək.Oxu24.com  “TRT Haber”ə istinadən xəbər verir ki, Ərdoğan 2005-ci ildən bəri qlobal problemlərə qarşı mübarizə metodlarını qabardır.Türkiyə Prezidentinin 16 çıxışı barədə məlumat verilən yazıda onun 2023-cü ilin sentyabrında BMT-nin 78-ci Baş Assambleyasında Qarabağın Azərbaycan torpağı olduğunu vurğulaması qabardılıb.Xatırladaq ki, Azərbaycan həmin il lokal xarakterli antiterror tədbirləri həyata keçirib və ərazi bütövlüyünü tam bərpa edib. Bu səbəbdən Azərbaycanda 20 Sentyabr – Dövlət Suverenliyi Günü kimi qeyd olunur.

Mənbə: oxu24.com

Əsas mənbə: oxu24.com

Vətənim Media Shorts

YouTube-da aç ↗