Türkiyədə hava xəbərdarlığı edildi.Oxu24.com xəbər verir ki,bu barədə Fəlakətlərin Koordinasiya Mərkəzi (AKOM) açıqlama yayaraq bildirib.”Çərşənbə axşamı səhərindən etibarən İstanbulda küləklərin güclənməsi ilə hazırda 26-28°C arasında dəyişən temperaturun 6-8°C azalaraq yaz qiymətlərinə düşəcəyi gözlənilir. Aralıq leysan yağışları da proqnozlaşdırılır. Çərşənbə axşamından etibarən, xüsusən də Avropa tərəfində, Bosfor bölgəsində və İstanbulun Anadolu tərəfində yağışların intensivləşəcəyi gözlənilir. Buna görə də, vətəndaşların diqqətli olmaları və çərşənbə axşamına qədər İstanbulda gözlənilən güclü yağış səbəbindən potensial mənfi nəticələrə qarşı tədbirlər görmələri vacibdir”.Nigar
Mənbə: oxu24.com
Əsas mənbə: oxu24.com
