Aİ Rusiyaya qarşı sanksiyaları 3 il uzadıb 

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Aİ Rusiyaya qarşı sanksiyaları 3 il uzadıb 

Avropa İttifaqı Rusiyaya qarşı 3 min fiziki və hüquqi şəxsi əhatə edən sanksiyaların müddətini daha üç il uzatmaq barədə razılığa gəlib. Oxu24.com bu barədə “Reuters“ avropalı diplomatlara istinadən məlumat yayıb.Qeyd olunur ki, sanksiyaların üç il müddətinə uzadılması müqabilində rusiyalı milyarderlər Əlişir Usmanov və Mixail Fridman sanksiya siyahısından çıxarılıb. Latviya son ana qədər bu qərarın əleyhinə çıxış edib.Agentlik xatırladır ki, sanksiyaların uzadılması üçün Aİ-yə üzv ölkələrin yekdil dəstəyi tələb olunur.Qeyd edək ki, sanksiyalar daha əvvəl hər altı aydan bir uzadılırdı.

Mənbə: oxu24.com

Əsas mənbə: oxu24.com

Vətənim Media Shorts

YouTube-da aç ↗