Vitse-spiker: Azərbaycanın siyasi dəstəyi Gürcüstan üçün həyati əhəmiyyət kəsb edir

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Vitse-spiker: Azərbaycanın siyasi dəstəyi Gürcüstan üçün həyati əhəmiyyət kəsb edir

“Gürcüstanla Azərbaycan arasında əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır”.Oxu24.com-un yerli bürosu xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Gürcüstan parlamentinin nümayəndə heyətinin sədri, vitse-spiker Nino Tsilosani “Rustavi 2” telekanalına açıqlamasında deyib.O, hər iki ölkənin nəqliyyat-logistika əlaqlərini möhkəmləndirən güclü regional oyunçular qismində çıxış etdiyini, Orta Dəhliz layihəsinin qarşılıqlı əməkdaşlıq sayəsində reallaşdırıldığını bildirib.Vitse-spiker Azərbaycanın Gürcüstana göstərdiyi siyasi dəstəyin həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, bu kontekstdə rəsmi Bakının Gürcüstanın işğal altında olan Tsxinvali bölgəsində bu yaxınlarda keçirilən “prezident seçkiləri”ni qınamasını yüksək qiymətləndirib.

Mənbə: oxu24.com

Əsas mənbə: oxu24.com

Vətənim Media Shorts

YouTube-da aç ↗