Vətənim Media xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı İrkutsk vilayətində xəstəxanadan kənar pnevmoniya halı ilə bağlı əhali üçün epidemioloji təhlükə görmür. Rospotrebnadzorun yaydığı məlumata əsasən, İrkutsk və Şelехov şəhərlərində vəziyyət sabit qiymətləndirilir.
Təmasda olan şəxslərin 90 faizindən çoxu tibbi müşahidəni başa çatdırıb və onlarda yoluxucu xəstəlik əlamətləri qeydə alınmayıb. Tibb işçiləri təxminən 5 min analiz aparıb, təhlükəli patogen aşkarlanmayıb. İnstitutda keçirilən yoxlamalarda bioloji təhlükəsizlik qaydalarının pozulması da müəyyən edilməyib. Rospotrebnadzor bildirib ki, zəruri profilaktik tədbirlər həyata keçirilib.
Əsas mənbə: APA
