Vətənim Media xəbər verir ki, oktyabrın 7-də saat 14:20 radələrində Bakı-Qazax avtomobil yolunun 21-ci kilometrliyində yük maşını qəzaya uğrayıb. “Mercedes Atego” markalı avtomobil Qaradağ rayonu ərazisində dəmir maneəyə çırpıldıqdan sonra aşıb. İlkin məlumata əsasən, sürücü idarəetməni itirib.
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri xüsusi avadanlıqla deformasiyaya uğramış nəqliyyat vasitəsindən dörd nəfərin meyitini çıxarıb, bir nəfəri isə sağ xilas edərək aidiyyəti üzrə təhvil veriblər. Təcili tibbi yardım briqadası daha iki kişini Kliniki Tibbi Mərkəzə aparıb. Onlardan 1961-ci il təvəllüdlü şəxsdə qaraciyər travması və çoxsaylı qabırğa sınıqları aşkarlanıb, vəziyyəti orta ağır qiymətləndirilib. 1984-cü il təvəllüdlü şəxsin vəziyyəti stabildir. Qəza ilə bağlı araşdırma aparılır.
Əsas mənbə: APA
