Vətənim Media xəbər verir ki, paytaxtın bir neçə əsas yolunda hərəkət sıxlığı qeydə alınıb. Heydər Əliyev prospektinin həm əsas, həm də köməkçi yolunda mərkəz istiqamətində avtomobillərin hərəkəti ləngiyir. Babək prospektində də mərkəzə doğru sıxlıq müşahidə olunur.
Sıxlıq 8 Noyabr prospektində Süleyman Əhmədov küçəsi ilə kəsişmədən, 1-ci Göl kənarı yolunda Ziya Bünyadov prospektinə doğru, eləcə də Bakı-Sumqayıt şosesində “20 Yanvar” metro stansiyası istiqamətində qeydə alınıb. Ziya Bünyadov prospektinin Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən stansiyaya doğru hissəsində, Alı Mustafayev, Əbdülvahab Salamzadə və Tbilisi prospektlərində də nəqliyyatın hərəkəti sıxlaşıb.
Bundan başqa, Üzeyir Hacıbəyli küçəsinin Azadlıq prospekti ilə kəsişməyədək olan hissəsində, 28 May küçəsində Puşkin və Rəşid Behbudov küçələri arasındakı sahədə, həmçinin Yusif Səfərov küçəsində mərkəz istiqamətində sıxlıq yaranıb.
Əsas mənbə: APA
