Vətənim Media xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Mərkəzi Asiya ölkələri və Azərbaycanın süni intellektdən məsuliyyətli istifadəyə dair regional bəyannamə hazırlamasını təklif edib. O, bu təşəbbüsü Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət Görüşündə irəli sürüb. Tokayev kritik əhəmiyyətli texnologiyalara nəzarət üçün ortaq yanaşmaların hazırlanmasının vacibliyini vurğulayıb.
Prezident regionda sülh və sabitliyin qorunmasını əsas vəzifələrdən biri adlandırıb. Onun sözlərinə görə, terrorizm, narkotik və silah alveri, insan alveri, qeyri-qanuni miqrasiya və mütəşəkkil cinayətkarlıq təhlükə olaraq qalır. Tokayev cinayətkarların, o cümlədən narkokartellərin rəqəmsal vasitələrdən istifadəsinin narahatlıq doğurduğunu bildirib və bu təhdidlərə qarşı mübarizənin müasir tələblərə uyğunlaşdırılmasına çağırıb. O, regional təşəbbüslərin icra vəziyyətinin də təhlil edilməsini təklif edib.
Əsas mənbə: APA
