Vətənim Media xəbər verir ki, AccessBank və Avropa Yenidənqurma və İnkişaf Bankının tərəfdaşlığı ilə qadın sahibkarların bilik və bacarıqlarının artırılmasına yönələn Access2Success layihəsi beşinci dəfə təşkil olunur. Altı həftəlik proqramda biznesin idarə edilməsi, maliyyə savadlılığı, marketinq, strateji planlaşdırma, satış və biznesin inkişafı üzrə praktiki təlimlər keçiriləcək.
İştirakçılar təlimlərdə qazandıqları bilikləri işlərinə tətbiq etmək, digər sahibkarlarla təcrübə bölüşmək və peşəkar əlaqələr qurmaq imkanı əldə edəcəklər. Proqrama qoşulmaq istəyən qadın sahibkarlar 25 oktyabr 2026-cı il tarixinədək qeydiyyatdan keçə bilərlər. Layihə ilk dəfə 2022-ci ildə keçirilib və indiyədək 200 qadın sahibkarın iştirakını təmin edib. Beşinci buraxılış bankın qadın sahibkarlığının dəstəklənməsi təşəbbüsünün davamıdır.
Əsas mənbə: APA
