Vətənim Media xəbər verir ki, oktyabrın 8-də Cəbrayıl rayonunun Dağmaşanlı kəndi ərazisində mina partlayışı baş verib. Cəbrayıl rayon sakini, 2000-ci il təvəllüdlü Orxan Qəhrəmanov minalardan təmizlənməmiş sahədə mal-qara otararkən piyada əleyhinə minaya düşüb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə ilə bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır. Rəsmi qurumlar sakinlərə mina təhlükəsi barədə xəbərdarlıq işarələrinə diqqət yetirməyi, tanımadıqları ərazilərə daxil olmamağı və şübhəli əşyalara toxunmamağı tövsiyə ediblər. Həmçinin çəpərlənmiş sahələrə müdaxilə etməmək və təhlükəsizlik qaydalarına əməl etmək çağırışı olunub.
Əsas mənbə: APA
