Cəbrayılda mina partlayışı nəticəsində 26 yaşlı kişi ağır yaralanıb

Şrift
🔊 Xəbəri dinlə — Babək
Cəbrayılda mina partlayışı nəticəsində 26 yaşlı kişi ağır yaralanıb

Vətənim Media xəbər verir ki, Cəbrayıl rayonunun Dağmaşanlı kəndi ərazisində oktyabrın 8-də mina partlayışı baş verib. 2000-ci il təvəllüdlü rayon sakini minalardan təmizlənməmiş sahədə mal-qara otararkən piyada əleyhinə minaya düşüb.

Xəsarət alan şəxs saat 15:10 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onun sağ qolunda və sol ayağında travmatik amputasiya, sağ bud nahiyəsində isə geniş toxuma zədələnməsi müəyyən ediblər. Pasiyent əməliyyat olunub, müalicəsi reanimasiya və intensiv terapiya şöbəsində davam edir. Vəziyyəti ağır qiymətləndirilir. Hadisə ilə bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır. Vətəndaşlara mina təhlükəsi nişanlarına əməl etmək, şübhəli əşyalara toxunmamaq və tanımadıqları ərazilərə daxil olmamaq barədə xəbərdarlıq edilib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗