Cəbrayılda mina partlayışında ata-oğul xəsarət alıb

Şrift
🔊 Xəbəri dinlə — Babək
Cəbrayılda mina partlayışında ata-oğul xəsarət alıb

Vətənim Media xəbər verir ki, oktyabrın 8-də Cəbrayıl rayonunun Dağmaşanlı kəndi yaxınlığında, minalardan təmizlənməmiş ərazidə iki mina partlayışı baş verib. İlk hadisədə mal-qara otaran 2000-ci il təvəllüdlü Orxan Qəhrəmanov piyada əleyhinə minaya düşərək xəsarət alıb. Daha sonra onun atasının da həmin ərazidə mina partlayışına məruz qaldığı bildirilib.

1966-cı il təvəllüdlü Əşrəf Qəhrəmanov Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər ona ağır xəsarətlər, o cümlədən ətraflarda travmatik amputasiyalar diaqnozu qoyub və əməliyyat ediblər. Pasiyentin müalicəsi reanimasiya şöbəsində davam edir, vəziyyəti ağır qiymətləndirilir. Hadisələrlə bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır. Vətəndaşlara mina təhlükəsi nişanlarına diqqət yetirmək, tanımadıqları ərazilərə girməmək və şübhəli əşyalara toxunmamaq barədə xəbərdarlıq edilib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗