Cəbrayılda mina partlayışı nəticəsində iki nəfər xəsarət alıb

Şrift
🔊 Xəbəri dinlə — Babək
Cəbrayılda mina partlayışı nəticəsində iki nəfər xəsarət alıb

Vətənim Media xəbər verir ki, Cəbrayıl rayonunun Dağmaşanlı kəndi ərazisində oktyabrın 8-də baş verən mina partlayışında 2000-ci il təvəllüdlü Orxan Qəhrəmanov xəsarət alıb. O, minalardan təmizlənməmiş sahədə mal-qara otararkən piyada əleyhinə minaya düşüb. Yaralı Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunub. Həkimlərin məlumatına əsasən, onun vəziyyəti ağırdır, müalicəsi reanimasiya və intensiv terapiya şöbəsində davam edir.

Hadisədən sonra həmin əraziyə daxil olan atası, 1966-cı il təvəllüdlü Əşrəf Qəhrəmanov da piyada əleyhinə minanın partlaması nəticəsində xəsarət alıb. Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır. DİN, Baş Prokurorluq və ANAMA sakinləri mina təhlükəsi barədə nişanlara diqqət yetirməyə, tanımadıqları ərazilərə daxil olmamağa və şübhəli əşyalara toxunmamağa çağırıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗